logo
logo logo
logo

“Ceyhun Sabunçu”nun qətli ilə bağlı 13 nəfər həbs edildi

09:06 - 27 Oktyabr 2026

“Ceyhun Sabunçu”nun qətli ilə bağlı 13 nəfər həbs edildi

Bakının Xətai rayonunda kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Cəlal Mirağayevin qətlə yetirilməsi və digər cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb olunub.


Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də General Şıxlınski küçəsində yerləşən “Ab-Hava” restoranında Cəlal Mirağayevlə “Sabunçu Emin” ləqəbli Emin Rəhimov arasında borc mübahisəsinin həlli məqsədilə görüş təşkil edilib. Görüş zamanı mübahisə davaya çevrilib.

İstintaqın ilkin məlumatına görə, dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurub. Bundan sonra Emin Rəhimov və onun dostu Elmar Cəfərov Cəlal Mirağayevə bıçaqla xəsarətlər yetiriblər. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə və digər cinayətlərlə əlaqədar Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla birgə keçirilən tədbirlər nəticəsində 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Elmar Cəfərov və Emin Rəhimov mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə maddəsi ilə, digər şəxslər isə cinayətkar birlikdə iştirak, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmənin qərarı ilə onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli cinayət işləri bir icraatda birləşdirilib. İstintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub və Baş prokuror tərəfindən nəzarətə götürülüb. İstintaq davam etdirilir.

“Ceyhun Sabunçu”nun qətli ilə bağlı 13 nəfər həbs edilib
Bakının Xətai rayonunda kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Cəlal Mirağayevin qətlə yetirilməsi və digər cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də General Şıxlınski küçəsində yerləşən “Ab-Hava” restoranında Cəlal Mirağayevlə “Sabunçu Emin” ləqəbli Emin Rəhimov arasında borc mübahisəsinin həlli məqsədilə görüş təşkil edilib. Görüş zamanı mübahisə davaya çevrilib.

İstintaqın ilkin məlumatına görə, dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurub. Bundan sonra Emin Rəhimov və onun dostu Elmar Cəfərov Cəlal Mirağayevə bıçaqla xəsarətlər yetiriblər. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə və digər cinayətlərlə əlaqədar Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla birgə keçirilən tədbirlər nəticəsində 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Elmar Cəfərov və Emin Rəhimov mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə maddəsi ilə, digər şəxslər isə cinayətkar birlikdə iştirak, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmənin qərarı ilə onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli cinayət işləri bir icraatda birləşdirilib. İstintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub və Baş prokuror tərəfindən nəzarətə götürülüb. İstintaq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az