Ermənistanın baş naziri Nikol Paşinyan Mehri dəmir yolu ilə bağlı cinayət işinin olduğunu açıqlayıb. İşin konkret olaraq dəmir yolu relsləri ilə əlaqəli olduğu bildirilsə də, hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı danışıb.
Baş nazir bildirib ki, məsələ ilə bağlı həmkarlarından ətraflı məlumat təqdim etmələrini istəyib.
Paşinyan əlavə edib ki, müvafiq cavabı aldıqdan sonra mövzuya daha ətraflı münasibət bildirəcək.