logo
logo logo
logo

Ramiz Mehdiyev yaşasa cəzası 101 yaşında bitəcək 

15:16 - 28 Oktyabr 2026

Ramiz Mehdiyev yaşasa cəzası 101 yaşında bitəcək 

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​“boz kardinal” dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq cəzanın real çəkilməsinə zərurət görülməyib.

Bəs şərti məhkum edilmiş Mehdiyevə hansı qadağalar qoyula bilər?

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şərti məhkumluğun müəyyən qaydaları var. Amma bütün məhkumlara eyni qaydalar tətbiq edilməyə bilər, bu, məhkəmənin hökmündən asılıdır.

Şərti məhkum edilmiş şəxsə əsasən aşağıdakı qadağalar və vəzifələr tətbiq olunur:

Ölkədən kənara çıxmaq;

Nəzarəti həyata keçirən orqana məlumat verilmədən daimi yaşayış yerini dəyişdirmək;

Müəyyən yerlərə getmək;

Elektron nəzarət vasitəsinin daşınması;

Müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə;

Alkoqolizm, narkomaniya, toksikomaniya və ya zöhrəvi xəstəliklərdən müalicə kursunun keçilməsi.

Bunlardan başqa, məhkəmə məhkumun islah edilməsinə kömək edən digər vəzifələr də müəyyən edə bilər.

Şərti məhkumetmə zamanı 6 aydan 5 ilə qədər sınaq müddəti müəyyən edilir. Bu müddət ərzində məhkum davranışı ilə islah olunduğunu sübut etməlidir. Əgər sınaqdan keçməsə, 88 yaşlı Ramiz Mehdiyevin cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.

Müxtəlif vaxtlarda qanını dəyişməklə və başqa üsullarla ömrünü uzatmağa çalışdığı deyilən “boz kardinal”ın cəzanın sonunadək yaşayıb-yaşamayacağını isə Tanrı bilir. Məlumat üçün deyək ki, Azərbaycan uzunömürlülər diyarıdır, ən yaşlı vətəndaşımız 4 ay əvvəl 136 yaşında vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az