İspaniya hökuməti ölkənin Toledo əyalətində (Kastiliya-La-Mança muxtar icması) iki sərnişin qatarının toqquşmasının insan səhvi səbəbindən baş verməsini ehtimal edir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, təhlükəsizlik sistemində yaranmış nasazlıqla əlaqədar olaraq "Adif" şirkətinin (dəmiryolu şəbəkəsinin operatoru - red.) operatorunun yol verdiyi insan səhvi qəzanın mümkün səbəbi ola bilər.
Nəşr vurğulayır ki, avtomatlaşdırılmış sistemdəki nasazlıq səbəbindən hərəkət dayandırılıb. Lakin hərəkətin bərpasına imkan verə biləcək əl idarəetməsinə keçmək cəhdi isə sonda fəlakətə gətirib çıxarıb.
Başqa mənbələr isə iddia edirlər ki, təhlükəsizlik sisteminin təmiri ilə məşğul olan işçi qatarların təhlükəli şəkildə yaxınlaşması barədə xəbərdarlıq etməyib.
Qeyd edək ki, qatarların toqquşması nəticəsində ən azı 46 nəfər həyatını itirib.