logo
logo logo
logo

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU 

12:37 - 28 Oktyabr 2026

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU 

Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub.


Manset.az xəbər verir ki, gecə saatlarında qadının qızı anasına zəng edib. Anası telefona cavab vermədikdə onun evdə qətlə yetirildiyi məlum olub.

Qonşuların sözlərinə görə, Xəyalə Ağamalıyevanın qızı bu il universitetə qəbul olub. Mərhum isə mənzildə tək yaşayırmış.

Qətli törətməkdə şübhəli bilinən 45 yaşlı Naqil Ağamalıyevin qadının əmisi nəvəsi olduğu bildirilir.

Qeyd edək ki, həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az