- Sərfəli mobil operator “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdib.
- Manset.az xəbər verir ki, “Nar”ın insan resursları departamentinin mütəxəssisi tərəfindən keçirilən təlim son kurslarda təhsil alan tələbələrin işə qəbul prosesinə hazırlığını gücləndirmək və onların uğurlu karyera başlanğıcı üçün vacib olan praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.
Qeyd edək ki, “Nar” özünün korporativ
sosial məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti üzrə tərəfdaşlıq
etdiyi yerli universitetlərdə tələbələr üçün həm peşə istiqamətlərində, həm də
kommunikasiya bacarıqlarının inkişafı yönündə mütəmadi təlimlər həyata keçirir.
Bu təlimlərin məqsədi gələcəyin peşəkar kadrlarının hazırlanması və yüksək rəqabətli
əmək bazarında azərbaycanlı mütəxəssislərin üstünlüyü təmin etməkdir.
Təlim zamanı tələbələrə tərcümeyi-halın düzgün
tərtibatı, işgüzar görüşlərə hazırlıq, müsahibə zamanı yol verilən səhvlər və
stresin idarə olunması mövzuları əhatə edilib. İştirakçılara işəgötürənlərin
gözləntilərini anlayaraq öz bacarıq və nailiyyətlərini uyğun şəkildə ifadə etmək
və müsahibə zamanı yaranan həyəcanı nəzarətdə saxlamaq barədə tövsiyələr
verilib.
“Nar”ın həyata
keçirdiyi təhsilyönümlü KSM layihələri haqqında ətraflı məlumatı operatorun rəsmi
saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli
rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük
strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.