logo
logo logo
logo

Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR 

17:28 - 28 Oktyabr 2026

Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR 

Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, telekommunikasiya xidmətlərinin keyfiyyəti və digər sahələr üzrə yeni cərimələr nəzərdə tutulur.


Manset.az xəbər verir ki, bu barədə Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan sənəddə qeyd olunub.

Dəyişikliklərə əsasən, telekommunikasiya xidmətlərini müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun göstərməyən vəzifəli şəxslərin 500 manat, hüquqi şəxslərin isə 1000 manat cərimələnməsi nəzərdə tutulur. Xəta inzibati tənbeh haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilərsə, cərimələr müvafiq olaraq 1000 və 2000 manat olacaq.

Korrupsiya barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə onun işdən çıxarılması, başqa işə keçirilməsi, əməkhaqqından qanunsuz tutulmalar aparılması, vəzifədə irəliləməsinə maneçilik törədilməsi və digər bu cür tədbirlərə görə 3000–5000 manat cərimə nəzərdə tutulur.

Dövlət xidmətləri sahəsində pozuntulara görə isə vəzifəli şəxslər üçün 250 manatdan 1050 manatadək cərimələr müəyyənləşdirilir. Elektron ödəniş imkanının yaradılmaması 450–550 manat, xidmətdən imtinanın hüquqi əsası və şikayət hüququ barədə məlumat verilməməsi 650–750 manat cərimə ilə nəticələnə bilər.

Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya qanunvericilikdə nəzərdə tutulan hallarda onlara səyyar xidmət göstərilməməsinə görə 750–850 manat cərimə təklif olunur.

Sənəddə ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslərin 3000 manat, hüquqi şəxslərin 8000 manat cərimələnməsi də nəzərdə tutulur.

Həmçinin pulsuz hüquqi yardım göstərməkdən əsassız imtinaya görə fiziki şəxslər üçün 100–200 manat, vəzifəli şəxslər üçün 200–300 manat, hüquqi şəxslər üçün 300–400 manat cərimə müəyyənləşdirilir. Bu müddəa “pro bono” hüquq xidmətləri göstərən şəxslərə şamil edilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az