Rasim Balayevin nəşi Azərbaycana bu tarixdə gətiriləcək 

14:40 - 29 Mart 2026

Rasim Balayevin nəşi Azərbaycana bu tarixdə gətiriləcək 

Türkiyədə vəfat edən Xalq artisti Rasim Balayevin nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.

Onun sözlərinə görə, hazırda bununla bağlı təşkilati proseslər davam edir və sənətçinin nəşinin axşam saatlarında vətənə gətiriləcəyi gözlənilir:

“Proseslər davam edir, ehtimal olunur ki, bu gün axşam saatlarında gətiriləcək. Rasim Balayevin aldığı müalicələrə ürəyi tab gətirmədi və dayandı”.

Qeyd edək ki, Rasim Balayev bu gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az