Nazir direktoru vəzifəsindən azad etdi - Yeni təyinat 

12:16 - 01 Aprel 2026

Nazir direktoru vəzifəsindən azad etdi - Yeni təyinat 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun (ETTBİ) direktoru vəzifəsindən azad olunub. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev Əmr imzalayıb. 

Əmrə əsasən, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib. Onun yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayət qızı gətirilib.

Qeyd edək ki, M.Əfəndiyeva bu vəzifəyə 2024-cü ilin yanvarında təyinat almışdı.

Fotoda: Nurlana Əliyeva


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az