Azerbaijan flag

"Sabah" "Trabzonspor"u məğlub etdi

22:34 - 10 Noyabr 2026

\"Sabah\" \"Trabzonspor\"u məğlub etdi

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı görüş "Sabah"ın qalibiyyəti ilə bitib - 91:72.

Xatırladaq ki, Azərbaycan təmsilçisi III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az