Mövsümi allergiya ilə soyuqdəyməni ayırd edən amillər

08:30 - 02 Aprel 2026

Mövsümi allergiya ilə soyuqdəyməni ayırd edən amillər

Burun axması, asqırma və halsızlıq həm allergiya, həm də soyuqdəymə zamanı ortaya çıxır. Lakin səbəbləri fərqlidir: allergiya immun sisteminin reaksiyası, soyuqdəymə isə virus infeksiyasıdır.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, əsas fərq simptomların xarakterindədir. Allergiya zamanı burun axıntısı şəffaf olur, asqırma tez-tez təkrarlanır, burun və gözlərdə qaşınma müşahidə edilir. Soyuqdəymədə isə əlamətlər tədricən güclənir, selik qalınlaşır, öskürək və boğaz ağrısı daha çox olur.

Müddət də fərqləndirici amildir: soyuqdəymə adətən 7–10 günə keçir, allergiya isə allergenlə təmas davam etdikcə uzanır.

Mütəxəssislər allergiya ilə mübarizədə allergendən uzaq durmağın əsas şərt olduğunu vurğulayırlar. Tövsiyələrə havatəmizləyicilərdən istifadə, küçədən sonra burunun yuyulması, küləkli havalarda çölə çıxmamaq və evdə nəm təmizliyin artırılması daxildir. Zəruri hallarda isə antihistamin preparatlar təyin olunur.

Həkimlər oxşar simptomlar müşahidə edildikdə özbaşına müalicədən çəkinməyi və mütləq mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az