Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunun paytaxt istiqamətindəki hissəsində böyük tıxac yaranıb.
Manset.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, tıxaca yol təmiri səbəb olub.
Belə ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən “Koroğlu” metrostansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.