"Instagram" ödənişli olacaq - Yeni funksiyalar gəlir 

12:11 - 02 Aprel 2026

\"Instagram\" ödənişli olacaq - Yeni funksiyalar gəlir 

"Instagram" istifadəçilər üçün yeni ödənişli abunəlik paketini təqdim etməyə hazırlaşır.


Manset.az xəbər verir ki, “Instagram Plus” adlandırılan bu xidmət platformada əlavə funksiyalar və daha geniş imkanlar vəd edir.

Yeni abunəlik vasitəsilə istifadəçilər paylaşanın xəbəri olmadan digər şəxslərin “story”lərini izləyə, izləyicilərin storini neçə dəfə təkrar izlədiyini görə və storilərin müddətini 48 saata qədər uzada biləcəklər. Bundan başqa, “Instagram Plus” istifadəçilərə 24 saat ərzində yalnız bir dəfə istifadə edilə bilən və digər reaksiyalardan fərqlənən “Super Like” funksiyasını aktivləşdirmək imkanı verəcək. Abunəlik çərçivəsində storini izləyənlər siyahısında axtarış apararaq konkret şəxsi tapmaq, həmçinin “Close friends” siyahısından əlavə yeni hədəf auditoriya yaratmaq da mümkün olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az