Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Manset.az Pravda.az-a istinadən dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəni təqdim edir:
Layihədə Bakı şəhər Baş Polis İdarəsinin sabiq mətbuat katibi Qalib Rəhimovdan bəhs edəcəyik.
Rəhimov Qalib Arif oğlu (Qalib Arif) Qax rayonunda dünyaya gəlib. O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Daha sonra 10 il Elmlər Akademiyasında işləyib. Qalib Arif 1990-cı ildən mətbuat sahəsində işləyir.
O, “Aydınlıq” və “Xalq qəzeti” qəzetlərində siyasi icmalçı olub. 2008-ci ildən 2018-ci ilə qədər Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin baş redaktoru və mətbuat xidmətinin rəisi vəzifəsini daşıyıb.
Mətbuat katibliyi dövründən danışan Qalib Arif bildirir ki, 10 il Bakı Polisinin mətbuat xidmətinə rəhbərlik edib:
“Həmin dövrdə jurnalist kimi sistemi içəridən müşahidə etmişəm. Hazırda müstəqil jurnalistəm, düşünürəm ki, on il ərzində polisdə eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi sərbəst şəkildə oxucuların ixtiyarına verə bilərəm. Paytaxt polisində hələ ləzzətlə “Milis hekayələri” yazırdım, həvəslə “Polis” qəzeti buraxırdım. Şənbə-bazarsız səhər tezdən işə gedib axşam gecdən qayıdırdım. Yalan olmasın, gündə 10 saat kompüterin qabağında otururdum, xəbər məkanında olurdum”.
Sabiq mətbuat katibi qeyd edir ki, “Polis” qəzetinin son səhifəsi üçün “Dünya polisi” rubrikasını hazırlayarkən müxtəlif ölkə polislərinin xidməti fəaliyyətini araşdırıb:
“Araşdırma zamanı məni narahat edən bəzi suallara cavablar tapdım. Məlum oldu ki, məsələn, ABŞ polisi doğrudan da rüşvət almır. Amma bu, polisin şəxsi keyfiyyətlərindən, ailə tərbiyəsindən, ya da qanuna hədsiz hörmətindən irəli gəlmir, sadəcə olaraq, sistem belədir. Deməli, ABŞ-da polis nəfərinin (yəni post-patrul xidmətinin) orta aylıq maaşı 7-8 min dollar(13600 manat) arasında (bəzi ştatlarda fərqlidir) dəyişir. Razılaşaq ki, orta aylıq maaşı 4-5 min dollar olan ölkədə bu, xeyli böyük məbləğdir. Polis nəfəri bizdə olduğu kimi 25 il xidmət edir və təqaüdə çıxdıqdan sonra bu maaşı ömrünün axırına kimi pensiya şəklində alır. Vəfat etdikdən sonra bu pensiyanı həyat yoldaşı, ya da varsa, azyaşlı uşaqları alır. Bəli, yayda bizim Azərbaycana da gələn, şortik geyinən qoca turistlərin böyük əksəriyyəti Amerika, Avropa polisində ləyaqətlə xidmət etmiş və pensiyaya çıxmış həmin əməkdaşlardır”.
Onun sözlərinə görə, həmin polislər bir dəfə səhv edərlərsə, hər şeylərini itirirlər:
“Amma burda bir məqam var, polis nəfəri 25 illik xidməti dövründə əgər bircə dəfə bağışlanmaz səhv edərsə (andına xəyanət edərsə, cinayətə və cinayətkara xidmət göstərərsə, korrupsiyaya yol verərsə və s.), işdən qovulur və ömürlük pensiyadan birdəfəlik məhrum olur. Ona görə də kimin savadlı, kimin savadsız olduğunu kənd müəllimindən daha yaxşı bilirəm. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, paytaxt polisində onlarla elə işıqlı, ensiklopedik savadlı adamlar var ki, nəinki elmlər namizədi, elmlər doktoru, birbaşa akademik olmağa layiqdirlər. Təbii ki, polisdə savadsızlar da var, amma belələri, Elmlər Akademiyasında, bizim mətbuatda, təhsil sistemində də yetərincədir”.
Qalib Rəhimov 2500-dən çox ictimai-siyasi məqalənin, yüzlərlə hekayənin, 3 kitabın müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. Hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.
10 il AMEA-da, 10 il polisdə 13600 manat maaş
17:19 - 09 Yanvar 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Noyabr 2026 - 17:52
Azərbaycanda tanınmış iş adamı vəfat etdi - FOTO
14 Noyabr 2026 - 19:18
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
14 Noyabr 2026 - 14:14
Rövşən Nəcəf Azərbaycan millisini təbrik etdi
14 Noyabr 2026 - 15:04
Bəxtiyar Dali ilə bağlı QƏRAR
14 Noyabr 2026 - 16:50
AzTV-nin sabiq vəzifəli şəxsi vəfat etdi
14 Noyabr 2026 - 23:05
Qəzaya düşən deputat Qarabağ döyüşlərində bir gözünü itiribmiş
14 Noyabr 2026 - 13:05
Borcu olan sakinlər istiliksiz qalacaq - RƏSMİ
14 Noyabr 2026 - 13:58
Qəzaya düşən deputatın vəziyyəti açıqlandı
14 Noyabr 2026 - 18:17
Sabiq nazirə ağır itki üz verdi
14 Noyabr 2026 - 14:46
Sumqayıtda 5 maşın toqquşdu - Yaralılar var
14 Noyabr 2026 - 17:33
Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
15 Noyabr 2026 - 11:07
İlham Əliyev Mahmud Abbası təbrik etdi
Xəbər xətti
- 15 Noyabr 2026
- 12:25 ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
- 12:07 Sabahdan bu binalara istilik verilməyəcək
- 11:49 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu
- 11:30 Həmin klublar haqda qərar verildi
- 11:07 İlham Əliyev Mahmud Abbası təbrik etdi
- 10:49 Bu ərazidə 5 zəlzələ baş verdi
- 10:30 "Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir" - Kamaləddin Qafarov
- 10:20 Azərbaycan XİN Fələstini təbrik etdi
- 09:55 Mayami hava limanında iki təyyarə toqquşdu
- 09:36 İranda ağır qəza - 11 nəfər öldü, 19 nəfər yaralandı
- 09:17 Egey dənizində zəlzələ oldu
- 09:00 Rəşad Məcidə AĞIR İTKİ
- 08:30 Səhərlər qəhvə içmək, yoxsa çay? - İkisi arasındakı fərq
- 08:00 Çox yatmaq nədən xəbər verir? - 7 mühüm siqnal
- 01:30 Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
- 00:30 “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
- 14 Noyabr 2026
- 23:53 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirdi - FOTOLAR
- 23:32 İranda avtobus aşdı - Ölənlər və yaralılar var
- 23:19 COP31-də qadın liderlərin iqlim təşəbbüsləri müzakirə edildi - FOTOLAR
- 23:05 Qəzaya düşən deputat Qarabağ döyüşlərində bir gözünü itiribmiş
- 22:33 "Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq"
- 22:17 UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
- 21:52 "Sabah" "Neftçi"yə qalib gəldi
- 21:31 Balıq bazarında bahalaşma var - VİDEO
- 21:00 Qəhvə qadınların sümüklərini zəiflədir?
- 20:45 Avropa Kubokunun qalibi güllələnərək öldürüldü
- 20:32 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşdı - VİDEO
- 20:16 KMBİ-nin tələbələri şantaj edərək pul tələb etdiyi üçün saxladığı şəxs haqda QƏRAR
- 19:53 Fransada bugünkü etiraz aksiyalarında 23 nəfər saxlanıldı
- 19:34 Üçtərəfli görüş bu tarixdə keçiriləcək
- 19:18 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
- 18:54 BDYPİ-dən sürücülərə MÜRACİƏT
- 18:33 Kəlbəcərdə avtomobil aşdı: Sürücü yaralandı - FOTO
- 18:17 Sabiq nazirə ağır itki üz verdi
- 17:52 Azərbaycanda tanınmış iş adamı vəfat etdi - FOTO
- 17:48 Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanıldı
- 17:33 Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
- 17:16 ADSEA sədri Naxçıvanda su layihələrinin icrası ilə tanış olub - FOTOLAR
- 16:50 AzTV-nin sabiq vəzifəli şəxsi vəfat etdi
- 16:34 Zaqatalada qəza - Xəsarət alan var
- 16:17 Avtomobildən 6 min manat oğurladı - Saxlanıldı
- 15:59 Kamran Əliyev argentinalı həmkarları ilə görüşdü - FOTOLAR
- 15:42 Azərbaycan–Böyük Britaniya münasibətləri - Strateji tərəfdaşlıq müstəvisində
- 15:21 Qazax sakinində odlu silah-sursat aşkarlandı
- 15:04 Bəxtiyar Dali ilə bağlı QƏRAR
- 14:46 Sumqayıtda 5 maşın toqquşdu - Yaralılar var
- 14:32 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
- 14:14 Rövşən Nəcəf Azərbaycan millisini təbrik etdi
- 13:58 Qəzaya düşən deputatın vəziyyəti açıqlandı
- 13:45 Qızıl oğurluğunda şübhəli bilinən şəxs saxlanıldı
- 13:35 17 yaşlı qızı qaçıran ana və 2 oğlu məhkum edildi