Bu tarixdən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

10:20 - 12 Yanvar 2022

Bu tarixdən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Bu gündən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

Manset.az xəbər verir ki, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az