Ünvanlı dövlət sosial yardımı alanlara XƏBƏRDARLIQ

18:55 - 12 Yanvar 2022

Ünvanlı dövlət sosial yardımı alanlara XƏBƏRDARLIQ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı dövlət sosial yardımını alanlara xəbərdarlıq edib.

Manşet.az-ın xəbərinə görə, Fondun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ünvanlı dövlət sosial yardımının məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır:

"Daha sonra isə ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az