Xüsusi karantin rejimi ilə bağlı qərarda Dəyişiklik Edildi

18:33 - 13 Yanvar 2022

Xüsusi karantin rejimi ilə bağlı qərarda Dəyişiklik Edildi

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilib.

Manşet.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, hava nəqliyyatı vasitəsilə daha üç ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Həmin ölkələr aşağıdakılardır:

İordaniya Haşimilər Krallığı;

Kipr Respublikası;

Ukrayna.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az