Bakının avtomagistrallarında sürət həddi endirildi

21:28 - 13 Yanvar 2022

Bakının avtomagistrallarında sürət həddi endirildi

Bakının avtomagistrallarında sürət həddi endirilib.

Manşet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

“Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - məlumatda qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az