Yanvarın 13-də sosial şəbəkələrdə Nizami metrosu yaxınlığında narkotikin təsiri altında olduğu iddia edilən və yerdə yatan uşağın fotoları paylaşılmışdı. Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırılmalara başlanılmışdı.
Manset.az-ın əldə etdiyi məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində dəfələrlə müalicə olunması üçün dövlət qurumları tərəfindən xəstəxanaya yerləşdirilməsinə baxmayaraq oradan qaçan 11 yaşlı Ruslan Məmmədov paytaxt ərazisində tapılıb. Müalicə alması üçün onun aidiyyəti qurumlarla birgə Respublika Narkoloji Dispanserə yerləşdirilməsi təmin edilib.