Məhkumların vaksinasiyası ilə bağlı - Açıqlama

18:22 - 15 Yanvar 2022

Məhkumların vaksinasiyası ilə bağlı - Açıqlama

“Ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib”.

Manşet.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, buster dozanın vurulması isə başa çatmaq üzrədir:

“Penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və b. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib. Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az