logo
logo logo
logo

İcra başçısı 3 qurumu birləşdirdi, yeni rəis təyin etdi - FOTO

19:14 - 06 Avqust 2026

İcra başçısı 3 qurumu birləşdirdi, yeni rəis təyin etdi - FOTO

Salyan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.

Belə ki, müvafiq qərarla Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib, onların bazasında Salyan Rayon İcra Hakimiyyətinin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiq olunub.

İcra başçısı Rüstəm Xəlilovun müvafiq sərəncamına əsasən, yeni yaradılan qurumun rəisi vəzifəsinə isə Etibar Axundov təyin edilib.

Qeyd edək ki, E.Axundov 2020-ci ilin parlament seçkiləri zamanı 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az