logo
logo logo
logo

Polad Bülbüloğlunun ikinci həyat yoldaşı danışdı - "Onun ətrafında həmişə qadınlar olub"

16:36 - 26 Avqust 2026

Polad Bülbüloğlunun ikinci həyat yoldaşı danışdı - \"Onun ətrafında həmişə qadınlar olub\"

“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”.


Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Polad Bülbüloğludan boşandığı deyilən həyat yoldaşı Gülnarə Şıxəliyeva deyib.

O, həyat yoldaşından ayrılması barədə suala cavabında bunları deyib:

“Səhhətimdə yüngül problemlər olduğu üçün bu aralar mən cəmiyyət içinə çıxa bilmirəm. Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim.

Mən, ümumiyyətlə, heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil. Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam. Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az