logo
logo logo
logo

Faktiki hava AÇIQLANDI 

11:00 - 30 Avqust 2026

Faktiki hava AÇIQLANDI 

Avqustun 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Ağstafada 7, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 17 m/s, Culfa, Neftçalada 20 m/s, Naftalan, Tərtər, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az