logo
logo logo
logo

Sabah bu ərazilərdə yağış yağacaq, şimşək çaxacaq 

12:42 - 30 Avqust 2026

Sabah bu ərazilərdə yağış yağacaq, şimşək çaxacaq 

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az