logo
logo logo
logo

Kəmaləddin Heydərov onu Tikintidə Təhlükəsizliyə rəis gətirdi

18:10 - 06 Sentyabr 2026

Kəmaləddin Heydərov onu Tikintidə Təhlükəsizliyə rəis gətirdi

FHN-də yüksək vəzifələrə yeni təyinatlar baş tutub.


Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə V.Ağayev Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib. 

Nazirin digər əmri ilə İsmayıl Nəsirov  FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi təyin edilib. 

 Bu barədə məlumat B.Tağıyev tərəfindən Manset.az-a təsdiq edilib. 

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar Tağıyev vəzifəsindən azad olunaraq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müşavir təyin edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az