logo
logo logo
logo

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı 

10:28 - 22 Oktyabr 2026

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı 

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub.

Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, vətəndaş E.Vəliyeva iki gün öncə bu barədə “TikTok” hesabında video yayımlayaraq bildirib ki, hadisə gedişhaqqıya görə baş verib. Belə ki, xanım sərnişin əlavə ödənişdən imtina etdikdə sürücünün avtomobilin qapılarını kilidləyərək onu hədələyini iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az