Baş Prokurorluq məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmaya başladı - VİDEO

14:26 - 28 Yanvar 2022

Baş Prokurorluq məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmaya başladı - VİDEO

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Manset.az xəbər verir ki, bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az