Xalq artisti İlhamə Quliyevanın 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmiş bacısı qızı Nigar Həsənova sərbəst buraxılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Nigarın vəkili İlqar Rüstəmov saytımıza açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib.
Hakim Faiq Qəniyev Xətai Rayon Məhkəməsinin həbs qərarının qüvvəyə minməsinə əsas görməyib. Nigar Həsənova məhkəmə zalında həbsdən azad edilib.
Vəkil əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır, ortada böyük cinayət yoxdur. Hakim də indiki qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.
Qeyd edək ki, Nigar Həsənovanın dələduzluğu ilə bağlı ilk xəbəri Manset.az xəbər portalı yayımlamışdı.