Polis 23 yaşlı bu oğlanı axtarır

11:19 - 05 Mart 2022

Polis 23 yaşlı bu oğlanı axtarır

Hacıqabul sakini itkin düşüb.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Navahı kənd sakini, 23 yaşlı Cəlal Tapdıqov martın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Cəlal Tapdıqovun əlamətləri belədir: arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara şalvar, qara papaq və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az