Küçədə yatan azyaşlı valideynlərinə təhvil verildi - VİDEO

14:35 - 12 Sentyabr 2025

Küçədə yatan azyaşlı valideynlərinə təhvil verildi - VİDEO

Həzi Aslanov metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.


Daxili İşlər Nazirliyinin əməkdaşı Cəsarət Qənbərli  Manset.az-a bildirib ki, tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib.

Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az