Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparıldı

08:55 - 14 Sentyabr 2022

Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparıldı

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan XTQ zabiti Yunis Qasım oğlu Kazımovun nəşi Qazax rayon Kəmərli kəndinə aparılıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Y.Kazımovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az