MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı - SƏBƏB (YENİLƏNDİ)

11:21 - 15 Sentyabr 2022

MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı - SƏBƏB (YENİLƏNDİ)

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

 

Manset.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

11:11

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən "Güzəştli mənzillər"in satışı ilə bağlı sistemdə probemlər yaranıb.

Manset.az xəbər verir ki, saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər.

Hazırda yaranmışın çətinliklərin aradan qaldırılması üzrə iş aparılır.

11:00

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb.

Mənzil almaq istəyənlər tərəfindən 27696 elektron kabinet yaradılıb.

10:44

“Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək”. 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“Hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək”.

Fərman Qurbanlı həm də, ümumilikdə 18 binadan 815 mənzilin satışa çıxarılacağını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az