Təhsil naziri dörd məktəbə yeni direktor təyin etdi - ƏMR

18:09 - 09 Dekabr 2022

Təhsil naziri dörd məktəbə yeni direktor təyin etdi - ƏMR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Belə ki, Lənkəran rayonunun Havzava kənd A.Əliyev adına tam orta məktəbinə Fikrət Cəfərov, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə Aynur Məmmədova, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə isə Elnur Quliyev direktor təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az