ABŞ İrana endirdiyi zərbələrin sayını açıqlandı - VİDEO

18:58 - 21 Mart 2026

ABŞ İrana endirdiyi zərbələrin sayını açıqlandı - VİDEO

ABŞ ordusu Yaxın Şərqdə münaqişənin başlanmasından bəri İranda 130 gəmi də daxil olmaqla səkkiz mindən çox hədəfə zərbələr endirib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper sosial şəbəkədə yayılan videomüraciətində bildirib.

"Biz 130 İran gəmisi daxil olmaqla səkkiz mindən çox hərbi hədəfi vurmuşuq. Bu, İkinci Dünya müharibəsindən bəri üç həftə ərzində hərbi-dəniz qüvvələrinin ən böyük məhvi olub.

ABŞ Hərbi Hava Qüvvələri isə İran səmasında üstünlüyünü qoruyub-saxlayır və səkkiz mindən çox döyüş uçuşu həyata keçirib", - deyə Kuper bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az