logo
logo logo
logo

Soydaşlarımız Hyustonda etiraz aksiyası keçirdilər - FOTOLAR

10:00 - 30 Yanvar 2023

Soydaşlarımız Hyustonda etiraz aksiyası keçirdilər - FOTOLAR

Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına və Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

 

Bu barədə Manset.az-a  Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Hyuston şəhər meriyası önündə baş tutan aksiyada Azərbaycan icmasının Texas ştatında yaşayan fəalları iştirak ediblər. Aksiya Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək məqsədilə təşkil olunub.

Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Erməni terrorizmi”, “Ermənistan terrorçularını dayandırın!”, “Azərbaycanın təbii sərvətlərinin talanmasına son!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib.

Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yummayacağına, Qarabağ iqtisadi rayonunda törədilən ekoloji terrorun artıq qlobal problemə çevrildiyinə diqqət cəlb edilib.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər barədə ətraflı məlumat verilib.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az