“Açıq mikrofon” aksiyası növbəti dəfə Quba rayonunda keçirildi - FOTOLAR

16:05 - 30 Yanvar 2023

“Açıq mikrofon” aksiyası növbəti dəfə Quba rayonunda keçirildi - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Quba rayonunda baş tutub. Nizami Adıgözəlovla Vəlyəddin Məmmədov aksiyaya ayrı-ayrı kəndlərdən qatılsalar da, istəkləri bir olub.

 

Manset.az xəbər verir ki, onlar müvafiq olaraq Bad və İdrisiqışlaq kəndlərinin qazlaşdırılmasını xahiş ediblər. Səslənən müraciətlərdən 4-ü debitor borcla bağlı olub ki, həmin abonentlər də buna yenidən baxılmasını istəyiblər. Qalan digər müraciətlər isə fərdi yaşayış evlərinin və yeni yaşayış massivinin qazlaşdırılmasını əhatə edib. Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az