Yaşı 14-dən 29-dək olan şəxslərin NƏZƏRİNƏ - Fevralın 1-2-si...

10:42 - 31 Yanvar 2023

Yaşı 14-dən 29-dək olan şəxslərin NƏZƏRİNƏ - Fevralın 1-2-si...

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün "açıq qapı" olacaq.

 

Bu barədə Manset.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az