logo
logo logo
logo

Bakıda daha bir bina sökülür - FOTO

15:48 - 31 Yanvar 2023

Bakıda daha bir bina sökülür - FOTO

Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bina Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.

Həmin binadan artıq sakinlər tam köçürülüb.

Sakinlərin bildirdiklərinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerində müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az