46 gənc AzTV-də işlə təmin edildi - FOTO

17:57 - 02 Fevral 2023

46 gənc AzTV-də işlə təmin edildi - FOTO

2022-ci ildə 46 gənc “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də işlə təmin olunub.

 

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, onlardan 8-i Teleradio Akademiyasının məzunudur.

Digər 38 nəfər isə müxtəlif vakansiyalar üzrə müraciət edərək müsahibələrdən uğurla keçənlərdir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq hər zaman gənc kadrlara dəstək olmağa hazırıq.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə 138 nəfər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də işə qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az