Bərdədə 5 nəfərin öldüyü qəzadan sağ çıxan şəxsin son durumu AÇIQLANDI

10:28 - 03 Fevral 2023

Bərdədə 5 nəfərin öldüyü qəzadan sağ çıxan şəxsin son durumu AÇIQLANDI

Yevlax-Ağdam-Laçın yolunda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan şəxsin son durumu açıqlanıb.

 

TƏBİB-dən Manset.az-a bildirilib ki, qəzada xəsarət alan 2001-ci il təvəllüdlü pasiyentin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:

“Kəllə-beyin travması, travmatik şok, çənə sümüyünün hər iki şaxəsinin sınığı, sağ bazu sümüyünün sınığı, sağ bud sümüyünün orta 1/3 yerdəyişmiş sınığı diaqnozları qoyulan pasiyentin vəziyyəti ağır qiymətləndirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az