DSX Xəzərin Azərbaycan sektorunda 12 kiloqram narkotik aşkarladı - FOTO

12:25 - 03 Fevral 2023

DSX Xəzərin Azərbaycan sektorunda 12 kiloqram narkotik aşkarladı - FOTO

Fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11,4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış iki ədəd kisə aşkar edilib.

 

Bu bararədə Manset.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az