Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1000-i ötüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1014-ə çatıb.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günörta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.