Bakıda doqquz mərtəbəli binanın doqquzuncu mərtəbəsi yanır.
Manset.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilir ki, yanğın Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında baş verib. Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.