FHN Kahramanmaraşda mobil səhra hospitalı quraşdırır

18:52 - 08 Fevral 2023

FHN Kahramanmaraşda mobil səhra hospitalı quraşdırır

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində mobil səhra hospitalı quraşdırır.

 

Manset.az xəbər verir ki, mobil səhra hospitalının Kahramanmaraş idman klubunun stadionda quraşdırılmasına başlanıb.

Artıq yaxın saatlarda hospitalda zəlzələdən zərər çəkən vətəndaşlara tibbi yardım göstərəcək.

Burada ilk tibbi yardım olunacaq, laboratoriya, Rentgen müayinələri aparılacaq, eləcə də cərrahiyyə əməliyyatları icra olunacaq.

Mobil səhra hospitalında 41 nəfər tibbi heyət fəaliyyət göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az