Fərid Qayıbov "Formula 1"i izləyən şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

12:01 - 30 Aprel 2023

Fərid Qayıbov \"Formula 1\"i izləyən şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov "Formula 1" üzrə Azərbaycan Qran-prisini izləyən şəhid ailələri və qazilərlə görüşüb.

 

Manset.az xəbər verir ki, "Report"un məlumatına görə, nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər yarışı izləmək üçün dəvət olunublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az