Dostunu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

13:21 - 30 Aprel 2023

Dostunu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Şərurda dostunu avtomobildə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Manset.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.

Aprelin 29-u 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur rayon Mərkəzi xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1980-ci təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az