logo
logo logo
logo

Şahdağa qar yağıb - Faktiki hava

11:06 - 02 May 2023

Şahdağa qar yağıb - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Bu gün saat 09:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Kəpəz  (Göygöl), Qoşqar (Daşkəsən), Şahdağa isə qar yağıb.

Düşən yağıntının miqdarı Biləsuvarda 34 (aylıq normanın 106 faizi), Qaxda 28, Qobustanda 24 (aylıq normanın 47 faizi), Astarada 15 (aylıq normanın 29 faizi), İmişlidə 13 (aylıq normanın 39 faizi), Şəkidə 11, Xaltanda 9, Gədəbəy və Beyləqanda 8 mm-dək təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az