Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

13:32 - 23 Sentyabr 2023

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Azərbaycanın Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Manset.az trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları - "Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Ermənistan Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxmışdı. Amma ermənilərin UNESCO-da apardıqları çirkin kampaniya nəticəsiz qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv