Rusiya alman jurnalistləri deportasiya etməklə hədələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
Zaxarova Berlinin Almaniyadakı rus jurnalistlərə qarşı tədbir görəcəyi təqdirdə alman jurnalistlərin deportasiya ediləcəyini bildirib.
Cümə günü Rusiya mətbuatında dərc olunan Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniya rəsmiləri arasında keçirilən görüşün səsyazmaları dünya miqyasında gündəm oldu. Müzakirələrdən sonra Rusiya Xarici İşlər Nazirliyi Almaniyada rusiyalı jurnalistlərə qarşı tətbiq edilən hər hansı sanksiyalar nəticəsində Rusiyadakı alman jurnalistlərin ölkəni tərk etməli olacağını vurğulayıb.
Əfsanə Rəcəb
Manşet.az