Türkiyə Superliqasının 6-cı turunda çempion "Qalatasaray" "Konyaspor"u qəbul edib.
Manset.az xəbər verir ki, İstanbul təmsilçisi rəqibin qapısından 3 qol keçirib. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 3:1.
Hazırda "Cim-bom" 18 xalla turnir cədvəlinin vahid lideridir. Konya klubu isə aktivindəki 7 xalla 9-cu sırada qərar tutub.